12.jpg
Karyera

Mən HR olmaq istəyirəm

HR kimdir?

HR - ingilis dilində Human Resources, Azərbaycan dilində isə İnsan Resursları ( İR ) deməkdir. Bu peşədə çalışan şəxslər isə İnsan Resursları üzrə mütəxəssis / menecer adlanır. İnsan Resurslarının əsas iş prinsipi rəhbər ilə işçi arasında sağlam körpü yaratmaqdır. Müəssisənin uğuru əsasən, İR departamentinin (şöbəsinin) əməkdaşlarının fəaliyyətindən asılıdır. İnsan Resurslarının əsas işi və öncəliyi İNSAN faktorudur. İR mütəxəssisi olmaq üçün bəzi şəxsi keyfiyyətlərə və peşəkar bacarıqlara sahib olmağınız vacibdir.

Şəxsi keyfiyyətlər:

  1. Vicdanlı
  2. Empatik yanaşma
  3. Analitik düşünmə
  4. Tənqidi yanaşma
  5. Dəqiq
  6. Özgüvənli
  7. Yaradıcı
  8. Stresə davamlı
  9. İdarəetmə bacarıqlarının olması şərtdir

Peşəkar bacarıqlar:

Təşkilatın ümumi inkişaf məqsədləri və kadr siyasətinin istiqamətləri haqqında biliklər; Kadr idarəçiliyinin müasir anlayışlarını bilmək; Təşkilatçılıq bacarıqlarının mövcudluğu; Vaxtın idarə edilməsi; Əmək Qanunvericiliyini bilmək; İşgüzar ünsiyyət, psixologiya və etika sahəsində biliklər; İR sahəsinə aid olan yeni bilikləri, metodları bilmək və iş prosesinə tətbiq etmək; Rəqəmsal sistemi İR işinə tətbiq etmək.

İnsan Resursları sahəsi inkişafyönümlü və prestijlidir. Lakin bu sahədə çalışmaq istəyən hər bir namizəd tələb olunan bilik və bacarıqlara tam yiyələnməlidir.

Bəs, İR mütəxəssisin işi nədən ibarətdir?

1. Kadrlarla işin təşkili; 2. Namizədlərlə işləmək, müsahibə aparmaq, namizədin uyğun olub olmadığına qərar vermək; 3. Təşkilatın lazımi peşə işçiləri ilə təmin olunmasını təmin etmək; 4. Kadr ehtiyacının müəyyən edilməsi; 5. Kadr hazırlığının təşkili (təlimlər, təlim seminarları, təkmilləşdirmə kursları); 6. Kadr məsələləri və ən vacib kadr qərarları haqqında məlumatları təşkilat işçilərinə çatdırmaq; 7. Müəssisənin işçilərinin işə qəbulu, köçürülməsi, irəli çəkilməsi, vəzifə dəyişikliyi, inzibati cərimələrin verilməsi, işdən azad edilməsi ilə bağlı qərarların qəbulunda iştirak; 8. Əmək müqavilələrinin hazırlanması və icrası; 9. İşçilərin şəxsi işlərinin və digər kadr sənədlərinin aparılması; 10. Tabeliyində olan işçilərin idarə edilməsi; 11. Əmək bazarının monitorinqi, kadrların mövcud vəziyyəti haqqında rəhbərliyə məlumat verilməsi, orta əmək haqqı; 12. Kadr ehtiyatının yaradılması, əmək motivasiya sisteminin yaradılması. 13. Kadr ehtiyacının təhlili və müəssisənin strateji məqsədlərinə uyğun olaraq vakansiya planının formalaşdırılması; 14. Namizədlərin profilinin formalaşdırılması; 15. Mümkün axtarış mənbələrinin öyrənilməsi və xüsusi vəzifələr üçün kadr seçimi; 16. Vakant yerlər haqqında məlumatların mediada yerləşdirilməsi; 17. Resume və CV ilə namizədlərin ilkin seçimi; 18. Potensial namizədlərlə ilkin müsahibələrin təşkili və keçirilməsi, onların vakansiya tələblərinə uyğunluğunun qiymətləndirilməsi; 19. Maraqlı namizədlər üçün tövsiyələr almaq; 20. Motivasiya və dəyərləndirmə 21. Müəssisənin inkişaf strategiyasını yaratmaq və inkişafına nəzarət etmək.

Təməlində sevgi və zəhmət olan iş hər zaman uğur gətirir. Unutmayın ki seçdiyiniz ixtisas, peşə sizin xarakterinizə uyğun olmalıdır. O zaman, işinizdən zövq alacaqsınız.

Doğru CV və rezüme hazırlanmasını öyrənmək, iş müsahibəsində uğur qazanmaq istəyirsinizsə, Şəfiqə Xalıqovanın bu kursunu izləyə bilərsiniz.

  • Paylaşın

Rəylər

Rəy bildirin