12.jpg
Natiqlik

Natiq kimi çıxış etməyin 5 qızıl qaydası

1. İnsanları həyəcanlandıracaq bir neçə sözlə başlayın:

Birbaşa mövzuya girməkdənsə, “Dostlar, bu gün sizin aranızda olmaqdan və sizə xitab etməkdə olduğum üçün son dərəcə xoşbəxtəm.” formasında sözə başlayıb qısa, amma təsirli bir başlanğıc etmək olar.

2. Öncə ortamı hazırlayın:

Dinləyicilər gözləyərkən onlara bir neçə saniyə göz gəzdirin. Diqqətlərin sizdə olduğundan əmin olaraq vəziyyətinizdən və duruşunuzdan heç bir şey əksiltmədən danışmağa başlaya bilərsiniz.

3. Auditoriyanı tanıyırmış kimi edin:

Bu səmimiyətdir, eyniləşdirmə və yaxınlıq əlamətidir. Dinləyicilərlə natiq arasında əsən soyuq küləklər onları bir-birindən uzaqlaşdırmağa səbəb olacaq ciddi səhvlərdəndir.

4. Gerçək bir natiq zarafatlardan çəkinmir. Zarafatlardan çəkinməyin:

Dostcasına edilən yaxınlaşmalar hər zaman sizi bir addım digər natiqlərdən önə atar. Bir natiqin ən önəmli xəzinəsi simpatik xüsusiyyətlərə sahib olmasıdır. Həddindən artıq ciddiyət və üzgün sifət ifadəsi, mövzu üzərində danışmağı çətinləşdirir.

5. Mövzunun nə olduğunu vurğulayın:

Hər zaman üçün sadə və dəqiq olmaq sizin hesabınıza müsbət xallar yazdırmağınıza kömək edəcək. Mövzunu ana xətlərini vurğulayaraq natiqin öz üslubunda deməyi hər zaman bəyənilib. Natiqliyi daha dərindən öyrənmək üçün Zaur Cahangirovun kursuna nəzər yetirə bilərsiniz. Bu yazının üstünə klikləməklə keçid edə bilərsiniz.
  • Paylaşın

Rəylər

review1.png

Nicat Huseynov

Qısa və lakonik olması çox sevindirici haldır. Zaur Cahangirovdan çox şey öyrənmişəm Natiqlik sahəsində.

Rəy bildirin