12.jpg
Karyera

Şəxsi brendinq nədir?

Şəxsi brendinq nədir? və karyeramıza təsiri

”Şəxsi brendinq siz orda olmayanda haqqınızda danışılanlardır”

Şəxsi brendinq haqqında danışmazdan öncə brend sözünü bilmək lazımdır. Brend sadəcə ticarət nişanı deyil, brend şirkəti digərlərindən fərqləndirən və onu istehlakçılar arasında asanlıqla tanınmasını təmin edən bütün xüsusiyyətlər toplusudur. İngiliscə brend sözü “şirkəti rəqiblərdən fərqləndirən simvol” kimi tərcümə olunur. Brendin yaradılması, inkişafı və təşviqi brendinq adlanır. Məsələn, yaddaş tutumu çox, kamera keyfiyyəti yüksək, hər istehsalında inkişaf edən telefon markası alıcıların gözündə daha çox dəyər qazanır.

Bəs şəxsi brendinq nədir?

Şəxsi brendinq fərdin güclü tərəflərini və unikallığını hədəf auditoriyaya çatdırmaq və təbliğ etməkdən ibarətdir. Yəni şəxsi brend olmaq istəyirsinizsə, bir məhsul olaraq sahib olduğunuz bütün xüsusiyyətləri nəzərə almalı və bu məhsulu böyük auditoriyaya satmağı bacarmalısınız. Bunu daha çox peşəkar və ya karyera nöqteyi-nəzərindən düşünmək olar, lakin bu, şəxsi həyatınızı da əhatə edir. Bu sizin kim olduğunuz, nə edə biləcəyiniz və niyə sizinlə işləmək istəmələri barədə başqalarında təəssürat buraxaraq peşəkar imic yaratdığınız davamlı bir prosesdir. Şəxsi brendinq insanların sizi peşəkarcasına tanıdıqları, insanların sizə necə baxdıqları və başqalarına verdiyiniz dəyərlə bağlıdır.

Şəxsi brendinqi necə qurmaq olar?

Şəxsi brendi təşkil edən elementlər aşağıdakılardır: Şəxsi dəyərlər, idarəetmə bacarıqları, ünsiyyət, özünüdərk, şəxsiyyət, şəxsi imici, məqsədlər, fiziki quruluş. Öz şəxsi brendinizi qurmazdan əvvəl onun nə olduğunu və bugünkü karyera bazarında onu öz xeyrinizə necə istifadə edəcəyinizi başa düşməlisiniz. Şəxsi brendinqi yaratmağın yolları 1. Siz kimsiniz Özünüz haqqında qısa, sadə, cəlbedici 30 saniyəlik təsvir düşünün (elevator pitch). Bu təsviri tez-tez təkrar etməlisiniz ki, insanların yadında asanlıqla qalsın. Özünüz, təklif etdiyiniz xidmət və ya məhsullarınız haqqında dürüst olmalısınız. 2. Güvən yarat Şəxsi brendimizin insanların düşüncələrində güclü, müsbət və orijinal effektlər yaratması vacibdir. Şəxsi brendinizə inam və etibar formalaşdırmaq gərəkdir. 3. Müntəzəm şəkildə yazmaq Özünüz və ya biznesiniz haqqında veb-sayt və ya bloq yarada bilərsiniz. 4. Sizi inkişafa aparan sosial çevrə Bütün keyfiyyətləriniz yalnız doğru insanlarla təmasda olsanız və düzgün ünsiyyət şəbəkəsinə sahib olsanız yarana bilər. İnsanlarla təmasda olmaq üçün ilk növbədə sizdən razı qalmalı və bundan həzz almalıdırlar. Qarşı tərəfin sizinlə daha yaxşı hiss etməsi üçün siz danışdığınız qədər dinləməyi bacarmalısınız. 5. Şəbəkənizi yaradın Şəbəkənin mahiyyəti digər fərdlərlə əlaqə yaratmaqdır. Şəbəkə yaratmaq üçün beş üsul: Qarşınızdakı insanla ortaq maraq tapmalısınız ki, aranızda real münasibət yaransın, sizdən fərqli insanlarla görüşmək, fərqli yerlərdən və ya fərqli insanlarla görüşmək inkişafınız üçün faydalıdır. 6. İmiciniz olsun Uğura aparan yol özünüz haqqında təsəvvürləri idarə etməkdir. Həyata münasibətiniz, empatiya qurma qabiliyyətiniz, danışıq tərziniz və axtarılan insan olmanız üslubunuzu təşkil edir. 7. Sosial media platforması Sosial mediadan istedadınız nə olursa olsun ona uyğun istifadə etmək sizi bir addım irəli aparacaq. Ardıcıl və uyğun brend kimliyini təmsil edən videolar, mətnlər və şəkillərlə dəstəklənməlidir. 8. Özün ol Bir məhsulu ideya və ya ideya ilə özünüzlə əlaqələndirmək brendinqin mahiyyətini təşkil edir. Siz unikal güclü tərəflərinizə, kim olduğunuza, təcrübələrinizə və seçimlərinizə əsaslanaraq bir ideyanı özünüzlə əlaqələndirməlisiniz. 9. Vaxtaşırı Özünüzü Qiymətləndirin Şəxsi brendiniz haqqında məlumatı qəbul etmək, brendinizin məsuliyyətinə və şəxsi mülkiyyətinə sahib olduğunuzu dərk etməklə başlayır. Rəy və təkliflərə açıq olun. 10. Marka nəbzini yoxlayın İstehlakçılar və ya müştərilər şəxsi brendi təşkil edirlər. Şəxsi brendlər öz adlarını sosial media platformalarında və axtarış sistemlərində yerləşdirəndə digər insanların onlar haqqında nə dediyini görürlər. Əgər fərd özü haqqında etdiyi bu araşdırmadan razıdırsa, məqsədinə çatmış sayılır və eyni işləri görməyə davam etməlidir. Araşdırmalar nəticəsində özünü istədiyi yerdə görmürsə, əvvəlki addımlara baxaraq nəyi səhv etdiyini öyrənməli və onları düzəltməyin yolunu tapmalıdır.

Şəxsi brendinqdə edilməməsi lazım olan məqamlar

Şəxsi brendinizi qurarkən bir neçə şeydən qaçınmalısınız. Aşağıdakıları yadda saxlayın: *Durğunluq etməyin. Öyrənməyə, böyüməyə və gördüyünüz işdə daha yaxşı olmağa davam edin. *Pozitiv olun. Mənfilik sizə təcrübə çatışmazlığından daha çox zərər verəcək. *Cəmiyyətin həssas mövzuları haqda yazarkən çox düşünün. Tərs fikirlər söyləmək sizin brendinizə xələl gətirəcək.

Karyera üçün önəmi

Özünüzü işəgötürənlərinizə təqdim etmə tərziniz karyera uğurunda mühüm rol oynayır. Bu, həmçinin iş müsahibələrində uğurlu namizəd olmaq, müştəriləri biznesinizə cəlb etmək şansınızı artıracaq. Şəxsi brendinq şəxsin iş seçimi prosesində geridə qalmamasını və karyera imkanları baxımından rəqabətdə üstünlüyü təmin edir. Bugünkü iş bazarında mövcud məhdud vəzifələrlə güclü şəxsi brendə malik olmaq müxtəlif iş imkanları üçün bir çox qapıları aça bilər.

Qeyd: Siz də şəxsi brendiqinizi yaratmaq və bu mövzuda ətraflı məlumat əldə etmək istəyirsinizsə, Orxan Mahmudovun "Şəxsi brendiq" adlı təliminə qatıla bilərsiniz.

  • Paylaşın

Rəylər

Rəy bildirin