12.jpg
Karyera

Stressin Idarə Olunması

Stress nədir? Gündəlik həyatımızda minimum miqdarda belə olsa, stresə məruz qalmaqdayıq. Bu birbaşa olaraq gün içində yaşanan situasiyalarla əlaqəli ola bilər. O zaman bütün bir günümüzü passiv bir şəkildə keçirmək, heç bir situasiyanın parçası olmamaq bizi stresdən qoruyar?! Xeyr, hər hansı formada situasiyalarda iştirak etməsək belə, stress bizləri tapa bilməkdədir. Bəs bunun səbəbləri nədir? Stress – sıxıntılı və ya həyat tərəfindən təhdidlərə məruz qalırmış kimi hiss etmək anlamına gəlməkdədir. Bəli, stress bir sıra təməl təhdidlərə bağlı olaraq formalaşa bilir. Bu nə mənaya gəlir? Yəni, biz stresə dolayı yolla da məruz qala bilərik. Passiv bir gün keçirdiyimizi təssəvvür edək. Bu gün daxilində bizim beynimiz hər zaman olduğu kimi müxtəlif fikirlərlə dolub-daşır. Tam da bu əsnada biz artıq təməl təhdidlərdən biri ilə qarşılaşır və stresə qapıla bilirik. Ağlımızda yenidən canlanan hər hansı bir pis xatirə belə biz fərqində olmasaq da, bizi stresə məruz qoymaq üçün yetərlidir. Stresə səbəb olan digər faktorlar da mövcuddur: Bunlardan biri yuxarıda qeyd olunan təsəvvür və düşüncələr idi. Bundan başqa ailə içi mübahisələr, xəstəlik, tədris həyatından kənarda qalma, ailənin dolanışıq problemləri, yaşadığın yeri əlindən alınması, mövcud olduğun cəmiyyətdə görünən zorakılıq və s. stresin əsas səbəblərdindir. [1, 12] Az miqdarda stress xeyirlidirmi?! Hər kəs zamanla stresə məruz qala bilir. Lakin hər bir şey kimi onun da çoxu təbii ki, fəsadlara yol aça biləcək qədər zərərlidir. Lakin araşdırmalar da göstərmişdir ki, bir miqdar stress bədənə fokuslanma, öyrənmə və diqqət baxımından gərəklidir. Stresli olduğumuzda... Miqdarından artıq olan stress artıq vücudumuza təsir göstərməyə başlayar. Bu təsirlər sırasında baş ağrıları, aclıq hiss etməmək, bel, boyun və çiyin ağrıları, boğazda düyünlənmə və s. kimi faktorlarla üzləşə bilərlər. Hətta bir sıra şəxslərdə bu infeksiya, dəri xəstəlikləri, bağırsaq problemlərinə belə yol aça bilər. Stresli olduğumuzda isə artıq diqqət pozğunluğu, anında əsəbləşmək, hərəkətsiz qala bilməmək, ağlamaq, narahat olmaq, çox yorğun hissetmək, iştah pozulmaları və s. kimi sağlamlığa ciddi xəsarət yetirə biləcək problemlər ortaya çıxacaqdır. Bunun da nəticəsində əksəriyyət keçmişdə yaşanan pis xatirələrə ya da gələcəkdə başımıza gəlməsindən qorxduğumuz hadisələrə ilişib qalarıq. Stressdən azad olmaq. Əminliklə qeyd etmək olar ki, əksər insanlar stressə məruz qaldığında çox zaman bu metodlara əl atır: Yatağı tərk etməmək, əlini üzmək, səbəbkar düşüncə və hisslər haqqında düşünməməyə çalışmaq, insanlar, yerlər və situasiyalardan qaçmaq, siqaret, alkoqol, narkotik və s. Bu yollar ola bilsin ki, işə yarayır. Lakin bu heç də uzun müddətli olmur. Əksinə bizi dəyər verdiyimiz hər şeydən uzaqlaşdırır. Beləcə biz ailəmiz, yaşadığımız cəmiyyət, hobbilər və s. hər şeydən uzaqlaşmış oluruq. Bu nəyə səbəb olur? – Daha çox stress. Ona görə də düşüncə və stresin səbəbkarlarından qaçmaq əvəzinə onlarla mübarizə aparmağı dayandırmaq ən yaxşısıdır. Nə zaman ki, bu düşüncələrə yenidən qapılacaqsınız, o zaman təkrar özünüzü onlardan uzaqlaşdırın. Tam olaraq özümüzü nədən uzaqlaşdıraq? Əksərən bizim bu düşüncələrə ilişib qalmağımızı təmin edən fikirlər: Keçmiş xatirələr, özümüzü zəif hissetmək, gələcəkdə olacaq daha pis şeylər. [1, 60] Uzaqlaşmanın yolu isə sadəcə zəifliklərimizlə bağlıdır və önəmli olan bunları etməkdir: 1. Fərqində olmaq; 2. Bunlara bir ad vermək. Fərqində olub bu hisslərə ad verdikdən sonra bir də bunlara “mən fərqindəyəm” sözünü əlavə etməliyik. [1, 63] Bu metod niyə bu qədər işə yarayandır. Çünki biz yalnız düşüncə və hisslərin fərqində olmadığımız təqdirdə onlara ilişib qalırıq. Ona görə də ilk addım nəyə ilişdiyimizin fərqində olmaq, sonra bu ilişdiyimiz hər nədirsə, ona bir ad qoymalıyıq. Bu iki addımı yerinə yetirdikdən sonra ailəmiz, dostumuzla olan söhbətimizə yenidən qulaq verməli və yaxud nə ilə məşğul oluruqsa, ona yenidən geri dönməliyik. Unutmamaq da lazımdır ki, fərqində ola biləcəyimiz və adını qoya biləcəyimiz durumların da özünəməxsus xassələri vardır: Bunlar görə bildiklərimiz, dada bildiklərimiz, eşidə bildiklərimiz, qoxlaya bildiklərimiz və toxuna bildiklərimizdir. 5 üzvi orqanımızın istifadəsi sayəsində bizim ətrafımızda bizi əhatə edən hər nə varsa, onları bu yolla qavramalı və bunun əsasında ətraf mühitimizin yaratdığı stresə qalib gəlməliyik.[1, 73] Növbəti atmalı olduğumuz addım: 3. Zaman ayıra bilmək. Hər bir proses kimi bu da zaman ayırmaq və öncə qeyd etdiyimiz iki addımı dəfələrlə yerinə yetirərək praktikanı bizdən tələb edir. Bu niyə bu qədər gərəklidir? Biz təkrar-təkrar praktika etmədiyimiz və onu unutduğumuz zaman böyük ehtimalla yenidən öncəki hissləri yaşamağa və eyni durumlara dönüş etməyə başlayırıq. Praktika etməyə çox zaman bir sıra yan faktorlar da təsir göstərə bilər: Bu çox yorğun olmaqla, əsəbi, kədərli və ya qorxmuş hissetməklə bağlı ola bilər. Ya da “Bunun heç bir faydası yoxdur” düşüncəsinə qapılıb sadəcə məşğul olmağı istəməməklə bağlıdır. Elə bütün bunlara görə də praktika etməli və buna vaxt ayırmalı olduğunuzu, əks təqdirdə bu metodların heç bir işə yaramayacağını özünüzə xatırlatmağınız gərəklidir. [1, 77]
  • Paylaşın

Rəylər

Rəy bildirin