50 sualda süni intellekt – Cem Say
Xülasə halındakı səhifələrin sayı: 6 Süni intellekt deyildiyi zaman ağlımıza Hollywood filmlərindəki səhnələr gəlir. Robotlar artıq düşüncə gücünə sahibdirlər və dünyanı ələ keçirirlər. Və ya hər yeni süni intellekt xəbəri oxuduğumuzda gözümüzün önündə oxuduğumuz romanlardan olan cümlələr canlanır. Bunlardan hansı həqiqətdir? Hollywood yoxsa bizə gələcəkdən xəbər verən bir layihəmi ? Hər şeyin başında oduğu düşünülən Amerika dünyanı ələ keçirəcəkmi? Süni intellekt deyildiyi zaman bu və buna bənzər qorxu dolu xəbərlər, müxtəlif əsassız iddialar və işsizlik ağıla gəlir. Robotlar həyatımıza tam daxil olmadan artıq onlara düşmən olmuşuq. Çünki bizi işsiz qoyacaqlar. Bizləri, yəni insanları. Bu həm də robotların insanlığı ələ keçirib insanların yaşamına son verəcəyi düşüncəsinə inandığımızı göstərir. “50 sualda süni intellekt” çox populyar suallardan başlayaraq baş verənlərin həqiqi və texniki tərəflərini də göz ardı etmədən bizi süni intellekt haqqında məlumatlandırır. Nədir…? Nə deyildir….? Və nə ola bilər…? Başa düşülən, düzgün və tam izahlı cümlələrlə bütün bu suallara cavab verir.
Bu kitabı oxumaq üçün kitabxanaya abunə olmalısınız