ss1.png

Bağlı münasibətlər – Haluk Tatar

Xülasə halındakı səhifələrin sayı: 8 Elə bir dövrdə yaşayırıq ki, gizlilik deyilən bir şey qalmayıb. Sosial media sənin bütün sirlərini bilir. Sıxıcı həyatlarımızı televizor ya da internetdə gördüyümüz ssenariləri və ya inanılmayacaq uğur hekayələrinə çevirməklə məşğuluq. Həyat sənə bir paket olaraq təklif olunur. Universitetdə istədiyin ixtisasa qəbul olmaq üçün gecə-gündüz oxu, əgər istədiyin ixtisasa balın çatmasa qəbul olduğun ixtisası sevdiyinə özünü razı sal, məzun ol, gələcəkdə karyeranda çox yüksələcəyini fikirləşdiyin bir işə daxil ol, bütün il ərzində bir oteldə dörd gecə- beş gün qala bilmək üçün zəhmət çək, sosial mediada bunu iki həftə kimi göstər və hərkəsi qısqandıracaq bir münasibətə sahib ol! Bu qədər sadə. Dost olaraq, sevgili olaraq, iş ortağı olaraq ətrafda mükəmməl insanlar var. Sən də təsadüfən onlarla qarşılaşacaqsan. Bəs sonra nə olacaq? Ya o mükəmməl səni dəyişdirəcək, ya da sən onu məhv edəcəksən. Necəmi? Bu kitabda məqsədimiz münasibətlərin mənfi tərəflərini göstərmək deyil. Ən azından sadəcə o deyil. Potensial səhvləri görək və bunları necə düzəldə bilərik və ya necə qarşısını ala bilərik onları öyrənək. Bu kitab sadəcə sevgi münasibətləri haqqında deyil. Dostluq, iş yoldaşlığı və iş yerində daha çox diqqət görməkdən də bəhs olunur.

  • Paylaşın

Təhsil və iş həyatındakı bağlı münasibətlər. Biz də iş həyatı dərsi universitetdə keçilməsi lazım olan bir mövzudur. Lakin 7 yaşından 22 yaşına qədər içində olduğun təhsil sistemi həyata aid heç nə öyrətmədiyi üçün iş həyatında özünü boşluğa düşmüş kimi hiss edirsən. İş həyatında və karyeranda ailən istədi deyə və ya o ixtisasdan məzun oldun deyə sevmədiyin bir sahədə işləyə bilərsən. Amma sən tunel qaz. Digər tərəfdən sevdiyin ikinci bir işi gör . Gün gələr o tunelin sonunda bir işıq görünər. Proqram satarkən iş yerində davamlı olaraq haqqsızlığa məruz qalırdım. Mənim əziyyətim başqaları tərəfindən paylaşılırdı. Amma davam etdim və sonra bir gün öz işimi qurdum. Çay qaşığı ilə olsa belə o tuneli qaz. İş həyatında səninlə eyni ortamda olmaq məcburiyyətində olan insanlar ilə düzgün münasibəti qurmaq çətindir. İşçiyə yaxşı davranmasan, işləməyəcəyinə əmin olursan. Amma cəmiyyət olaraq da bir az qəribəyik. Kollektiv olaraq yemək yeməyə getsəniz, heç bilmədiyi yeməkləri yeməyə çalışan işçi ilə “Bura ödədiyi pulu bizə verərdi, evimizə tez gedərdik ” deyən işçi arasında bir gərginlik yaranır. Hər iki tərəfində məmnun olmadığı bir münasibətdir. Komanda ruhu yaratmağa çalışırsan, amma mayada olmayanda xəmir qabarmır. Bəs sən yaşayıb yaşlanarkən bu münasibətlər neçə tipə bölünür? Kimdir insana bənzəyənlər? Neçə qrupa bölə bilərik? Ticari münasibət quranlar Təhsil və iş həyatında qarşına çıxacaq, ilk gənclik illərində tam olaraq fərqinə varmayacağın, amma yaşın irəlilədikcə ov itlərinin qoxu hiss etməsi kimi metrlərlə uzaqdan tanıyacağın dost tipi. Sənə başqa, arxandan başqa danışar. Harda görürsə-görsün salam verər. Səninlə bağlı olan hər şeyi öyrənmək istəyər.Ondan daha pis vəziyyətdə olmağınızı arzulayaraq hekayənizi dinləyər . Yaltaqlar Vəzifəsi olmamasına rəğmən müdirə çay, kofe aparanlar məktəb illərində hər zaman müəllimin ətrafında söhbət edirdilər. Yaltaqlar səndən də əl çəkməzlər.Onlar onurğasız olduqları üçün sadəcə başqasına sarılarsa, dik qala bilərlər. Amma axmaq olduqları üçün də dik duran səni yıxmaq istəyərlər. Birisi sizə sadəcə yaxşı şeylər deyirsə, oyanmaq vaxtıdı. O qədər mükəmməl deyilsiniz. Şikayətçilər Bunlar sadəcə şikayət etmək və günü daha pis hala gətirmək üçün vardırlar. Yaşam məqsədləri budur. Dərin okeanlarda yaşayıb, sulfur ilə qidalanan bakteriyalar kimi bədbəxtlik ilə qidalanırlar.Hər şeydən şikayət edərlər. İdarəetmə manyakları “Hardasan, neynirsən, işlər necədir, bacara bildinmi?” deyərək gördüyün işi, tapşırığı sənə dar edəcək dost tipidir. Bu dostların yaxşı tərəfləri də var . Sənin gözündən qaçmış bir şeyi mütləq görəcəklər. Edə biləcəyin ən böyük yanlış isə bunlarla ortaq və ya sevgili olmaqdır. Şəxsi həyatda bağlı münasibətlər. Özəl biri. Həyatında mütləq özəl biri olmalıdır. Əgər yoxdursa nə olursa olsun, cəmiyyətin gözündə uğursuzsan. Çünki nailiyyətlərinə, xəyallarına,yaşadıqlarına və hətta o xəyalları reallaşdırdığına bir şahid lazımdır. Biriləri görməzsə və başlanğıc ilə sonunun fərqinə varıb təqdir etməzsə , yarışın nə mənası var? Sevərsən. Əslində daha çox sevmək istəyərsən. Çünki onu sevməyə ehtiyacın çoxdur . Hələ ki onun səni sevməsinə. İnsanların sevilmək istəməsinin bir neçə səbəbi vardır: Yalnız qalmamaq Yaşamına biri şahidlik etsin Ətrafa sevgilin olduğunu göstərmək Sevgi ilə xoşbəxt olmaq Ailədən sevgiyə ac olmaq Hansı səbəblə olursa olsun, insan birinə diqqətini yönəltdiyində onu istər . Həyatında o olsun istəyər. Şəxsi münasibətlərdə ən böyük problem yanlış insanı seçmək deyil, doğru zənn etdiyi insanın yanlış biri olmasıdır. Bəs bu yanlışın təkrarlanmasında niyə bu qədər istəkliyik? Bunu biraz araşdıraq. Bildiyiniz suda boğulmaq Daha əvvəlki münasibətindən ötrü bu münasibət tipində ustalaşdın, nə etmən lazım olduğunu bildiyin üçün özünə olan inamın tamdır. Təcrübəyə bağlı olaraq daha bacarıqlı olacağını düşünürsən. Hədəf düzəltmə Hər dəfəsində eyni yanlış ilə bitirsə arayışınız, problem onda deyil də səndə olmasın? Hər güvəndiyin və düzəltməyə çalışdığın insan səni incidib gedirsə, bəlkə də sən yanlış insanları düzəltməyə çalışırsan. Və bəlkə də sən artıq cəmiyyəti qurtarmağı yaşam məqsədi olaraq seçmisən. Cəmiyyət və ailə məcburiyyət / Şüuraltı Hamımız sosial varlıqlarıq və nə qədər inkar etsək də sosial çevrəmiz istəklərimizə, seçimlərimizə istiqamət verir. Onların istəkləri bizim istəyimizə çevrilə bilir. Lakin şüuraltı da boş dayanmır. Artıq təhsilini bitirmiş, işini tapmış, həyatını qaydasına salmış biri cəmiyyətin – xüsusil ilə ailənin- düşüncəsiylə özünü ailə qurmağa hazır hiss edir. Lakin bu, daima bunu istəməyən insalarla olur. Çünki zehin əslində buna hazır hiss etmədiyi üçün, məsuliyyət almaqdan qaçdığı üçün özünü baltalayır. Öyrənilmiş çarəsizlik Aysel ilə altı ay keçirtdin, əlindən gələni elədin və sonunda “Biz dostuq”. Murad xoşbəxt olsun ya da həyatını qaydasına salsın deyə iki il sərf etdin, sonunda Nərgiz ilə əl-ələ, xoşbəxt sabahlara yelkən açdı. Yəni, sən belə öyrənmişkən ümidsizliyi, tam arxa masada oturan gözəl/yaraşıqlı insana dönmədin arxanı.. Başqa bir şey demirəm sənə. Ağız dadı ilə ye tənhalığını. Travmalar Uşaqlıq çağlarında yaşanmış duyğusal və ya fiziki istismara məruz qalmaq da irəlidə yanlış insanı seçməyə səbəb ola bilər. Bunu uşağa yaşadanın da ,əsasən, ən yaxın insanlar olduğunu düşünərəsək, uşaq böyüdüyü zaman ana və ya atasının ya eynisini çarəsizlikdən və ya yuxarıda bəhs etdiyimiz bildiyi dərədə boğulmaqdan ötürü seçir, ya da onlara heç bənzəməməsi üçün özünə çox da uyğun olmayan birini seçir. Münasibət növləri. Fayda güdülən münasibətlər. Əslində hər münasibətdə içində az da olsa xeyir güdmək vardır. Xeyir güdmək nədir? Əgər sənin yalnız qalmamağın isə və hər qarşılığı ödəməyə hazırsansa o zaman istifadə olunmağa və ya birilərinin səni sevirmiş kimi davranması sənin üçün elə də önəmli deyil. Qısacası burada çıxar qarşılıqlıdır və sadəcə maddiyyata dayanmır . İki insandan biri digərindən istifadə edir. Bir-birilərinin çatışmazlıqlarını tamamlayır və bir bütün olmasalar da bir-birilərinin həyatlarını asanlaşdırırlar. Məntiq üzərinə qurulan münasibətləri Bu son illərdə dəb oldu. “Bizimkisi məntiq evliliyidir” ya da “Bizim münasibətlər məntiq üzərinə qurulub”. Məntiq üzərinə qurulan münasibətdə bəzi hallarda isə həyatdan bezmiş və yalnız ölmək istəməyənlər üçündür. Məntiqli bir münasibətdə iki tərəf də bəzi mövzularda bilgi sahibi olmalıdır. Bir tərəf tamamilə cahil olarsa, digərini gözündə böyüdür. Cəmiyyətdəki ən böyük problem budur. Saqqıza dönmüş münasibətlər Ən acınacaqlı vəziyyət buradadır. Niyəmi? Çünki zərərlərini iki tərəf də çəkir. Normalda ən azından biri xoşbəxt olsun istəyərsən. Amma bu elə deyil. Onunla olan söhbətləriniz üçün və onu tanımanın verdiyi zövqü ilə bir neçə gün yaxşı davranırsan, xoşbəxt edirsən özəl hiss etdirirsən. Burada ən pisi qarşındakı buna həqiqətən inanır. Sonra qəribə və əyləncəli tərəflərin mənası qalmır. O, möhtəşəm bir anda səni silib atır. Son insanlıq inancın biri sevmək üçün son qırıntıların. Biz kimik? Cəmiyyət olaraq öyrənə bilmədiyimiz şeylərdən biri; fərd olmaq! Bir olmağı öyrənmək. Sözdə uşaq böyüdərkən bir çox ailə övladına hər zaman tək heç nə edə bilməyəcəyini öyrədir . Avropada 14-15 yaşında uşaqları çantaları ilə tək başına gəzərkən görə bilərsiniz. Bizdəmi? 14 yaşında piknikə getsə, bütün günü narahatlıqdan dayana bilmərik. Azadlıq özü ilə birlikdə cavabdehlik də gətirir. Müstəqil bir fərd olduğunuzda hər şeyinizlə bunun cavabdehliyini alıb hər lazım olanı özünüzün yerinə yetirməsi lazımdır. Buna qərar verdiyiniz andan etibarən özünüz üçün çalışmaq, özünüzü əyləndirmək və lazım gələrsə sağaltmaq məcburiyyətindəsinizdir. Bunun yerinə “bir fərd olma səyahətini” biri ilə paylaşmaq daha rahatdır. BİZ olmağı öyrənmək, ortaq addımlar atmaq ilə yapışıq şəkildə yaşamaq arasındakı fərqi anlamaqdır. Biz deyə bir şey varsa, hər addımda bu münasibətə necə təsir edər düşünülür. Lazım olarsa, ortaq bir fikir tapılar. Amma hər zaman sükanın arxasında eyni adam varsa, eyni maşının içində olmaq BİZ olmaq olmur. Bundan əlavə adını qoymaq dövrü var. Bunu sizmi istəyirsiniz, cəmiyyətmi, yoxsa heç vaxt ağzını bağlamayan “el-aləm”mi heç kim bilmir. Bəzən münasibət öz daxlində bir hədiyyə kimi BİZ ifadəsini istifadə etmək istəyər. Biz demək üçün ilk öncə sən onu, o səni tanımalıdır. Nə olsa yarı yolda qoyarsan onu? Nəyə dəyişərsən onunla bir günü? Sən sənə yetərincə güvənirsənmi? Məsuliyyəti üzərinə ala biləcəksənmi? Biz demək asandır, siz olmayın sonra 1+1 şəklində. Rutinlər və həqiqətlər Münasibətin ilk başlarında Biz xəyalını yaşamaq daha asan idi, amma davam etdirmək daha çətindir . Burada məsələnin daha dərininə baxmaq lazımdır. Biz olmaq niyə bir xəyaldır? Çünki əslində istədiyin bu deyil. Sən ona sadəcə sahib olmaq və bunu insanlara göstərmək istəyirsən. Qarşı tərəf istəmədiyi halda onu zorla getdiyin yerlərə aparmaq, özünə məxus maraq sahələrinin olduğunu qəbul etməmək sevgiyə daxil deyil. Xəyallarında Siz tenis oynamağı sevirsiniz, amma həqiqətdə sadəcə sən sevirsən. Xəyallarında siz sağlam həyat yaşayacaqsınız, amma həqiqətdə sevgilin “fast food” yeməkləri çox sevir. İndi isə işin həm əyləncəli, həm də kədərli tərəfindən danışacayıq. Sosial media və münasiətlər! Hətta indiki dövrdə “sosial media münasibətlər”. Lakin münasibətlərin çoxunu qarşımızdakı ilə deyil, sosial mediayla yaşadığımız bir hala gəldik. Aparılan araşdırmalara görə sosial mediada az paylaşımı olan cütlüklər digərlərinə görə daha xoşbəxtdirlər. Xoşbəxt insanlar anı yaşayır, anı qaçırmır, keçmişə bağlı qalmırlar. Və ən vacibi bunu isbat etmək ehtiyacı hiss etmirlər. Bunun tam tərsi olaraq xoşbəxt olmayan çiftlər, kitabın başında dediyimiz kimi münasibəti karyera olaraq gördükləri üçün içində olduqları uğursuzluqları qəbul edə bilmədikləri və bunun səbəbi ilə başa çıxa bilmədikləri üçün var olan problemi inkar edib sosial mediada bir rola bürünürlər. Biz çox yaxşıyıq, çox xoşbəxtik, mükəmməlik, ən çox biz sevirik! Bu sosial media yeni istək növləri də ortaya çıxardı. Bəs nədir bu istəklər? Ən çox istənilən birlikdə şəkil paylaşımıdır. Çünki hər kəs görməlidir! Sosial mediada yaşanmayan şey, dövrümüzdə yaşanmış sayılmır . Bir münasibəti nə sağlam ayaqda tutur? Sevgi, sədaqət, zəhmət ilk lazım olan şeylərdir. Bəs pul? İnsan kimi yaşamağın belə çətin olduğu bu dövrdə pulun heç önəmi yoxdur deyə bilərsinizmi? Bu demək deyil ki, biri ilə pul üçün birlikdə olmaq lazımdır! Birlikdə çalışıb, qazanıb, birlikdə lazımlı şəkildə xərcləməni nəzərdə tuturam. Tamammı, davammı? Bu sadəcə şəxsi həyatınız üçün deyil, iş həyatında da eynidir. İstefa edəcək hala gəlib, lakin iş yerindən ayrılmağı bacarmayan insanlar görəcəksiniz. “Bu məbləğə bu iş olmaz. Bizim Mahmud işə təzə girdi, amma məndən çox maaş alır”. İstefa et. Niyə edə bilmirsən? Çünki sən də əvəzolunmaz deyilsən, bilirsən. Həyat şərtləri də əlini-qolunu bağlayır. Ayrılmaq üçün bəzi önəmli detallara nəzər salaq: Doğru zaman: Sən birindən ayrılacaqsansa, zamanı doğru istifadə etməlisən. Əgər zamanlamanı düzgün seçməzsən həyatında bir boşluq yaranır. Əgər bu zamanları başqa bir şeylə doldurmasan yoxsunluq sendromu dediyimiz şeyi yaşayarsan. Qazanc-İtki: Sənə nə gəldiyini, səndən nə getdiyini oturub düşünməlisən. Bunu iş olaraq düşünə bilərsən, dostluq olaraq da, şəxsi münasibət olaraq da. Qarşı tərəfin ruh halı: Sən təbii ki önəmlisən, amma bu münasibətə tək başına başlamamısan və tək başına bitirmirsən. Buna görə də sənin nə hiss etdiyin qədər onun da ruh halı önəmlidir. Doğru üslub: Yurdu işğal edən düşmən əsgəri kimi hücum etməyə nə ehtiyac var? Kobud olmadan, incitmədən, illər sonra yolda gördüyündə salamlaşacaq qədər hörmətli şəkildə ayrılmaq varkən, digər üslublardan niyə istifadə edək? Dürüst olun: Ayrılıq səbəbində dürüst ol. Niyə ondan ayrılırsan izah elə. Qərara qarşı çıxma: Qarşındakı istəmirsə, onu buna məcbur etmə. Bitən bir şeyi geri gətirmək hər zaman mümkün deyildir. Bəs sonra: Təbii ayrıldıq, bitdi deməklə bu iş olmaz. Məsələn, hərkəsin həddindən artıq sosial media istifadə etdiyi bir dövrdə ayrılıq ağrısı keçənə qədər daha diqqətli paylaşımlar etməlisən. Məğlub oldum deyə düşünmə: Artıq geri dönüb “həyatımın sonuna qədər birlikdə yaşayacağım insanı itirdim” deyə düşünmə. Çünki həyatın boyunca birlikdə yaşayacağın tək insan sənsən.Özünü itirmədiyin müddətcə hər şey üçün bir deyil,onlarla şansın var. Xülasə Həyatda heç bir şey üçün gec deyil, bunu sənə uşaqlığından bəri öyrədirlər. Düzdür, amma yarımçıqdır. Gec deyil, amma zamanın çox dəyərlidir. Hətta bəlkə də ən dəyərli xəzinəndir. İllər öncə o zamanlar əlli beş yaşında bir xərçəng xəstəsi ilə söhbət etmişdim. Mənə dedi ki “Bilirsən? Hər şeyimi alsınlar, amma hər şeyimi. Məni üzərimdəki paltarla, ayaqqabılarımla küçəyə buraxsınlar, amma on səkkiz yaşımda. Sahib olduğum evi, maşını, qızılları alsınlar. Heç biri mənim üçün önəmli olmaz. Sadəcə on səkkiz yaşında olum və bu səhvlərimi təkrarlamayım. Məni xoşbəxt etməyən insanlarla sırf yenidən başlamağa qorxduğum üçün yan-yana qalmayım”. Sevdiklərini, sevmədiklərini öyrəndin. Gözəl bir xəyalın arxasınca getdin, bəzən reallaşdı davam etdin, bəzən mənə bu qədəri bəsdir deməyi öyrəndin. Amma bunların hamısından daha vacibi vaxtı gəldiyində ən doğru olanı etməyi, vaxtında dayanmağı, ayrılmağı öyrəndin. Daha da önəmlisi bu ağrıdan ölmədiyini öyrəndin. Həyatda qalmış və davam etməyi bacarmış insanlara bax. Özünlə bir ortaq nöqtə tapacaqsan. Bu belə az şey deyil,elə deyilmi?

Oxşar Kitablar

1.png

Həyat səni sevir – Louise L. Hay

1.png

Qəzəbin rəqsi – Harriet Lerner

1.png

Duyğu – Vikas Jhingran

1.png

Məqsədlər – Brian Tracy

1.png

Hər şey necə olunar? – Emilie Wapnick

1.png

İnsanlar arasında əlaqə - Rüçhan Gökdağ

1.png

Travma və Sağalmaq - Judith Lewis Herman

1.png

Çox Düşünməyi Buraxın

1.png

Kütlələr Pisxologiyası

1.png

Mən Qapıyam

1.png

Diqqət! Bədəniniz Danışır

1.png

Yaddaşına Höküm Elə

1.png

Şema Terapiya

1.png

Əzbərə Yaşayanlar

1.png

İradə Tərbiyyəsi

1.png

Medalyonun İçi

1.png

Tongue Fu-Sözlü Döyüş Sənəti

1.png

Boşboğaz

1.png

İnandırmanın Pisxologiyası

1.png

Z- Bir Qurşağı Anlamaq

1.png

Telomer Təsiri

1.png

Xoşbəxt Olmaq İstəyirsinizsə Kiçik Şeyləri Dərt Etmayin

1.png

Şüurun Sirri

1.png

Emosional Azadlaşmaq

1.png

Obsesyonlarla Başa Çıxmaq

1.png

Biri Bizi İzləyir