Bir ömür necə yaşanar? – İlber Ortaylı
Xülasə halındakı səhifələrin sayı: 12 İlber Ortaylı yaşadığımız zəmanənin bir o qədər də ürəyaçan olmadığını bildirir. Köhnə mədəniyyətlərin çürüməyə doğru getdiyi artıq reallıqdır. Yer üzündə gözlənən fəlakətlər silsiləsi var. Onun addım səsləri artıq daha ucadan eşidilir. Məhz buna görə insanları daha məsuliyyətli, təvazökar və qənaətcil yaşamağa dəvət edir. Ssenarinin pis olduğu versiyada belə insanlar öyrənməyin ardınca getməli və addımlarını yerə möhkəm basmalıdır. İnsan dodağının kənarında təbəssümə səbəb olan və daha neçə insanın həyatına təsir göstərmə gücündə olan yaradıcılığının fərqində olmalıdır. Baxmayaraq ki, gündən-günə fəlakətə doğru gedirik, həyatı doya-doya yaşamağı, mübarizə aparmağı, həqiqət axtarışını unutmamalıyıq. Bu əsər həyat boyu mənfi situasiyalarda sizə sipər olacaq. Saqqalına dən düşmüş, sükutundan belə müdriklik axan bu insanın sözləri ömür boyu sizin yolunuza işıq saçacaq. Bu kitabın növbəti hissələrində nədən xəbər tutacaqsınız? Ömrü layiqli yaşamağı və ondan zövq almağı bacarmağı; Özünüzü inkişaf etdirərkən nələrə diqqət etməli olduğunuzu; Həyata dair bağlılığınızla problemlərdən yaxa qurtarmağın mümkünlüyünü; Aldığın hər nəfəsdə könül xəritəsini genişləndirməyi bacaran səyyah olmağı;
Bu kitabı oxumaq üçün kitabxanaya abunə olmalısınız