ss1.png

Ermiş – Xəlil Cibran

Səhifə sayı: 10 Həyatda daim bizi əhatə edən hisslərə, anlayışlara, varlıqlara səthi yanaşırıq. Məsələn, ev, doğulandan ölənə qədər hər zaman müəyyən ev bizim həyatımızın parçası olur. Bəs ev bizim üçün nə ifadə edir? Ev sadəcə gecə yatıb, səhər oyandığımız, gün ərzində yemək yediyimiz adi bir məkandırmı yoxsa ona çevrədəki təhlükələrdən bizi qoruyan bir mexanizm olaraq yanaşırıq? Başqa bir nümunəyə baxaq. Paltarlar bizim üçün nə ifadə edir? Sadəcə üzərimizi örtmək üçün parçadırmı, yoxsa ona başqa mənalar da yükləyirik? Xəlil Cibran kitabında bu kimi məhfumlardan tutmuş bir çox belə dərin mövzuya toxunur. Növbəti səhifələrdə nələrdən xəbər tutacaqsınız? Pis və yaxşı xatirələrimizlə nə olursa olsun, bir insan olduğumuzdan; insan həyatının mənasının maraqlanmaq, anlamaq və şərh etməklə taclandığından; sevinc və kədərin bir-birinə qonşu olduğundan; dərdləri çəkməkdənsə, onları anlamalı olduğumuzdan; dünyanı tanımaq üçün öncə özünü tanımağın vacibliyi haqda öyrənəcəksiniz.

  • Paylaşın

Bu kitabı oxumaq üçün kitabxanaya abunə olmalısınız

Oxşar Kitablar

1.png

TED kimi danış – Carmino Gallo

1.png

Rəqəmsal minimalizm – Cal Newport

1.png

7 addımda effektiv ünsiyyət – Prem P. Bhala

1.png

Ünsiyyət yolları – Doğan Cüceoğlu.

1.png

Ünsiyyətsizlik bacarığı – Kadir Özer

1.png

Sözlərlə İnsanlara Təsir Etmə Sənəti - Kevin Hogan