Hökmdar – Nikolo Makiavelli
Hökmdar, idarəetmə mənbəsi olduğu üçün idarəçiliyində olanların bütün problemlərinə cavab verə biləcək qabiliyyətdə olmalıdır. Əks təqdirdə iqtidarda keçirəcəyi müddət qısa olaraq qalacaqdır. Xalqın gözündə şəxsiyyətini zədələyəcək hər cür vəziyyət və davranışlardan uzaq olmaq məcburiyyətindədir. Təhsil səviyyəsi yüksək strateji idarəetmə və bacarıq olaraq özünü üstün dərəcəli bir lider olaraq yetişdirən insan hər nə olursa olsun problemlərin öhdəsindən gələ bilər. Zaman içərisində dünyanın fərqli ərazilərində üst və alt səviyyədə adlarını saya bilməyəcəyimiz qədər hökmdar gəlmişdir. Bu müddət ərzində hər birinin özlərini görə yaxşı və ya pis, doğru və ya yanlış bir sıra davranışları olmuşdur. Lakin hamısındakı dəyişməyən tək davranış "güc" simvoludur. Bu gücü istifadə edə bilən liderlər cəmiyyətlərin tarixlərində dərin izlər qoymuşdurlar. Son olaraq hökmdarların olmazsa olmaz ən vacib xüsusiyyətindən bəhs etməli olsaq, buna xarizmatik iqtidar deyə bilərik. Xarizmatik iqtidarı əlində saxlayan insan, xalqı üzərindəki gücünü ən üst nöqtəyə çatdırmışdır. Buna görə də xalq iqtidarın mənfi davranışına belə hörmətlə yanaşacaq və iqtidarın daimi olaraq arxasında olacaqdır. Bu vəziyyət nəticəsində bitmək-tükənmək bilməyən hökmdarlıqlar yaratmaq çox daha sadə və asan olacaqdır.
Bu kitabı oxumaq üçün kitabxanaya abunə olmalısınız