Məqsədlər – Brian Tracy
Xülasə halındakı səhifələrin sayı: 11 Kitabda rast gələcəyiniz ideya və fikirlər vacib məqsədlərinizə daha tez çatmaqda kömək edərək illərlə ağır zəhmət çəkməkdən sizi xilas edəcək. Bu kitab sizin üçün indiki yerinizdən olmaq istədiyiniz yerə aparan yolda bələdçi olacaq. Qarşınıza daim məqsədlər qoyun.
Potensialınızı azad edin. Uğur məqsəddir, yerdə qalan hər şey vasitədir. Məqsəd qoymaq bacarığınız uğurun əsas hissəsidir.Məqsədsiz insan, sadəcə, həyatın axını ilə gedir.Uğurun qaydalarından biri belədir:” Haradan gəldiyiniz mühüm deyil, mühüm olan hara getməyinizdir”.Satış təlimçisi Tom Hopkinin dediyi kimi: “ Məqsədlər nailiyyət ocağının yanacağıdır”. Qarşınıza qoyduğunuz məqsədin məzmunu və həcmi bütünlüklə sizin özünüzdən asılıdır.Belə bir sual yaranır ki, nə üçün insanlar məqsəd qoymurlar? İnsanların məqsədsiz yaşamasının dörd səbəbi var: 1.Məqsədlər vacib deyil. Böyüdüyünüz evdə və ya ünsiyyətdə olduğunuz insanlar arasında heç kim məqsəd qoymursa və məqsədlər müzakirə edilmirsə, onda siz məqsəd qoymağın həyatınıza təsirindən xəbərsiz olacaqsınız. 2.Nə edəcəklərini bilmirlər.”Xoşbəxt olmaq”, “ Çoxlu pul qazanmaq” və ya “Yaxşı ailə qurmaq” kimi ümumi arzularla yaşayıb artıq məqsədə malik olduqlarını düşünürlər.Bunlar qətiyyən məqsəd deyil.Bu, sadəcə, hamıda olan arzular toplusudur. 3.Uğursuzluq qorxusu.Uğursuzluq acıdır.Hər kəs zaman-zaman uğursuzluqla üzləşir.Sonra isə uğursuzluqdan qorxaraq məqsəd qoymaqdan yayınır. 4.Etiraz qorxusu.Məqsəd qoyarkən ilk vaxtlar onları gizli saxlamalısınız.Heç kimə deməyin. Erl Naytinqeyl yazmışdır: ” Xoşbəxtlik dəyərli ideyanın və məqsədin proqressiv realizasiyasıdır”. Viktor Frankl yazırdı: ” İnsan övladının ən əsas ehtiyacı həyatda məna və məqsəd kəsb etmək hissidir”. Məqsədinizə doğru irəlilədikcə özünüzü daha güclü və xoşbəxt hiss edirsiniz.Daha enerjili və aktiv olursunuz.Bütün məqsədlər arzudan, istəkdən başlayır.Birinci nə istədiyinizi dəqiq bilməlisiniz. Uğurun kafeteri modeli. Həyatı restorandan çox bufetə və ya kafeteriyə oxşatmaq olar.Restoranda yeməyi sifariş edirsiniz, yeyib qurtardıqdan sonra isə hesabı ödəyirsiniz.Kafeteridə isə hesabı yeməyə başlamazdan əvvəl ödəməlisiniz.Onlar həyat ocağının qarşısında oturub deyirlər: ” Əvvəlcə məni isit, sonra isə mən odun ataram.” Ziq-Ziqlar demişdi: “Uğura qalxan lift işləmir.Pilləkənlər isə daim açıqdır”. Sizin əsas məqsədiniz xoşbəxt olmaqdır.Sadəcə, məqsədləriniz haqda düşünmək özü sizi xoşbəxt edir.Məqsədlər istənilən maneəni aşmağınıza və gələcək nailiyyətlərinizin hüdudsuz olmasına kömək edəcək. Həyatınıza sahib olun. Qırx- əlli yaşları olmalarına baxmayaraq, həyatındakı çatışmazlıqlara görə hələ də başqalarını günahkar bilən yüz minlərlə insana rast gəlmisən.Çox adam iyirmi, otuz və ya qırx il əvvəl onlar üçün etmədikləri şeylərə görə hələ də valideynlərini günahlandırmaqda davam edir.Onlar keçmişdə ilişib qalıblar və azad ola bilmirlər. Uğur və xoşbəxtliyin birinci düşməni istənilən formada neqativ emosiyalardır.Neqativ emosiyaları doğuran səbəblərdən biri haqq qazandırmaqdır.Nəyəsə görə özünüzə və başqalarına nə dərəcədə bəraət qazandırırsınızsa, o dərəcədə də neqativ olursunuz.Digər səbəb bəhanədir.Hər hansı məsələ ilə bağlı günahınızın olduğunu bildiyinizdə belə, müxtəlif bəhanələr gətirərək heç bir günahınızın olmadığını sübut etməyə çalışırsınız.Bəhanə gətirərək özünüzü qurban, qarşı tərəfi isə zalım yerinə qoyursunuz.Digər səbəb başqalarının fikrinə son dərəcə həssas olmaqdır.Bəzi insanların özlərinə verdiyi qiymət, ətrafdakıların onlar haqda nə düşünmələri, nə demələri əsasında qurulur.Və son olaraq kimisə günahlandırmamaqdır. Eleanor Ruzveltin dediyi kimi: “ Öz icazəniz olmadan heç kim sizin həyatınızı çətinləşdirə bilməz”. Həyatınıza və karyeranıza görə tam cavabdehlik daşıyın.Siz öz taleyinizin memarısınız.Nə isə sizi qane etmirsə, onu dəyişmək və xoşlayacağınız dərəcədə inkişaf etdirmək sizin özünüzdən asılıdır.Siz “ bahalaşan səhm” siniz, yoxsa qiyməti günü-gündən düşən səhm? Keçmişdə baş vermiş hadisələrə görə şikayət etməyi tərgidin.Diqqətinizi gələcək üzərində cəmləşdirin.Sadəcə, məqsədləriniz haqda düşünmək sizi pozitiv və məqsədyönlü insan edəcək.Əgər məqsədə nail olmağı kifayət qədər istəyirsinizsə və ona nail olmaq üçün lazım olan qədər işləməyə hazırsınızsa, onda məqsəd qoymaq üçün başlanğıc nöqtə istənilən məqsədə nail olmaq potensialınıza olan inamınızdır. Öz gələcəyinizi yaradın. Gördüyünüz hər bir işi ideallaşdırmaqla başlamalısınız.Məqsəd qoymaqda əsas maneə məhdudiyyətlər qorxusudur.Özünüzü istedadınızın, bacarığınızın və bu kimi başqa xüsusiyyətlərinizin zəifliyinə inandırırsınız.Nəticədə özünüzü az dəyərləndirirsiniz.Bu zaman da məqsəd qoymursunuz, ya da zəif məqsədlər qoyursunuz. “Mavi Səma düşüncəsi”ndən istifadə edin. “Mavi Səma düşüncəsi”ndə səmaya baxıb hüdudsuzluq gördüyünüz kimi özünüzü məhdudiyyətsiz və hər şeyə qadir təsəvvür edirsiniz.Bir neçə il əvvələ baxır və həyatınızın bütün aspektlərdə mükəmməl olduğunu təsəvvür edirsiniz.Sonra indiki vəziyyətə baxıb sual verirsiniz: ”Mükəmməl gələcəyi qurmaq üçün nə baş verməlidir?” Piter Druker bir dəfə demişdir: “ Biz bir ildə əldə edə biləcəklərimizi çox yüksək qiymətləndiririk.Beş ildə əldə edəcəklərimizi isə reallıqda ola biləcəyindən az qiymətləndiririk.” Uğurlu və uğursuz insanlar arasındakı əsas fərqlərdən biri uğurluların “ fəaliyyətə istiqamətlənmiş “ olmalarıdır.Onlar daim məşğuldurlar.Uğursuz insanlar isə daim bəhanələr gətirirlər. Xoşbəxtliyin açarı. Yadda saxlayın ki,”Xoşbəxtlik dəyərli idealın proqressiv reallaşmasıdır.” Məqsəd və ideallarınıza nail olsanız, özünüzü daha xoşbəxt hiss edəcəksiniz.Daxili motivasiyanız olacaq və hər gün səhər tezdən durub lazımi işlərlə məşğul olacaqsınız.Vaxtınızın çox hissəsini ideal gələcəyiniz haqda düçünməyə sərf edin.Sizə daha çox xoşbəxtlik bəxş edəcək anlar hələ qarşıdadır.Gələcək keçmişdən qat-qat yaxşı olacaq. Dəyərinizi konkretləşdirin. Şəxsiyyətinizin özəyini dəyərləriniz təşkil edir.Dəyərləriniz sizin necə adam olduğunuzu formalaşdırır.Daxilinizdəki dəyərləriniz nə qədər konkret və aydın olarsa, hərəkətləriniz də bir o qədər dəqiq və effektiv olar. Şəxsiyyətin beş halqası. Bu halqanın mərkəzindəki ilk kiçik halqa dəyərlərinizi, onun xaricindəki ikinci halqa etibarınızı təcəssüm etdirir.Üçüncü halqanı- gözləntilər təşkil edir.Başqa insanlarda və baş verən hadisələrdə yalnız yaxşı tərəf axtaracaqsınız.Dördüncü halqa- münasibətinizdir.Beşinci halqa isə sizin davranışınızdır.Həyatda əldə etdiyiniz nailiyyətləriniz, əsasən, daxilinizdə baş verən hadisələrdən asılı olur. Məqsədləriniz dəyərlərinizə və dəyərləriniz də məqsədlərinizə uyğun olmalıdır.Nə istədiyinizi dəqiq bilin. Stiven Kovey bir dəfə demişdi: “ Uğur pilləkəni ilə yuxarı qalxdıqca əmin olun ki, pilləkəni düzgün binaya dayamısınız.” Sokrat demişdi: “Sınanmamış həyatı yaşamağa dəyməz.” İncildə yazılır: “ Bütün dünyanı qazanıb, amma qəlbini itirən adam nə əldə edir?” Deyl Karnegi bir dəfə yazmışdı: “Bir adamın hansı vəziyyətdə özünü daha vacib hiss etdiyini deyin və mən sizə onun bütün həyat fəlsəfəsini danışım.” Keçmişiniz gələcəyiniz deyil. Bir sıra insanlar böyüyərkən çətinliklərlə üzləşmişlər.Yanlış insanlara qoşulmuşlar.Lakin müəyyən məqamdan sonra dəyişilməyə qərar vermişlər. Unutmayın, “ Haradan gəldiyiniz mühüm deyil, mühüm olan hara getdiyinizdir.” Daha çox nə düşünürsünüzsə, o da olursunuz. Özünüzə qarşı səmimi olun. Ən dəyərli xüsusiyyət dürüstlükdür.Bir dəfə bir milyonçu mənə demişdi: “ Dürüstlük özlüyündə o qədər də böyük əhəmiyyət kəsb etmir, lakin o bütün digər dəyərlərin işə yaraması üçün vacibdir.”Bu gündən şərəfli insan olmağa qərar verin.Daim həqiqəti danışın və hər kəsə qarşı dürüst olun. Əsl məqsədlərinizi müəyyənləşdirin. “ Əsl istəyinizi həyata keçirin. Bu sizi kəpənək tutmaqdan çəkindirəcək və qızıl axtarışında yer qazmaqla məşğul edəcək.” Uilyam Molton Marsden Məqsədlər kimsə başqa biri tərəfindən sizin üçün seçilmiş və ya başqa birinin xoşuna gəlmək üçün deyil, sırf özünüz üçün olmalıdır.Məqsəd qoyarkən özünüzdən başlayın.Məqsəd qoyarkən ən vacib sual budur: “ Həyatımı, əslində necə yaşamaq istəyirəm?” Möhtəşəm düşünmə metodu. Britaniya filosofu Uilyam Okham “ Okham ülgücü” adlandırılan problemi həll etmək metodu təklif etmişdir.O, belə deyirdi: “ Problemin ən sadə, cəmisi bir-iki addımdan ibarət həlli yolu çox zaman ən düzgün yol olur.” Çox adam məqsəd və problemləri mürəkkəbləşdirərək səhvə yol verir. Başqa bir məqsəd qoymaq sualına baxaq: “ Sabah bir milyon dollar udsaydınız, həyatınızı necə dəyişərdiniz?”Məsələn, indiki işinizdən narazı olduğunuz halda, pul udduğunuzu bilən kimi işinizi tərk edəcəksiniz. Məqsədlərinizlə bağlı özünüzə sual verməyiniz düşüncənizi daha aydın edir.Ziq-Ziqların dediyi kimi: “ Siz ora- bura vurnuxan canlıdan məqsədyönlü orqanizmə çevrilirsiniz.” Əsas məqsədiniz konkret rəqəmlə ifadə olunmalıdır.”Çoxlu pul qazanmaq” əvəzinə, “100000 dollar qazanmaq” ifadəsi daha məqsədəuyğundur. Qoyduğunuz məqsədlər real olmalıdır, absurd yox! Məqsədinizi müəyyən edən həlledici sual: “ Uğur qazanacağınıza tam əmin olsaydınız,ən böyük arzunuz nə olardı?” On məqsəd tapşırığı. Kağız parçasına nail olmaq istədiyiniz on məqsədi yazın.Ardından bu məqsədə nail olmaq üçün görə biləcəyiniz işləri yazın.Bunlardan ilk olaraq biri üzrə fəaliyyətə başlayın.Daimi olaraq həmin məqsədi oxuyub yadınıza salın.Səhər, günorta və axşam bu məqsəd haqda düşünün və özünüzə sual verin: “ Bu məqsədlərdən hansı həyatıma daha çox təsir edər?” Bu məqsəd sizin həyatınıza daha çox təsir edəcək və digər məqsədlərə də nail olmaq üçün zəmin yaradacaq. Heç kim sizdən daha ağıllı və daha yaxşı deyildir.Sadəcə insanlar müxtəlif vaxtlarda müxtəlif sahələrdə bir-birindən ağıllı olurlar. İnamlarınız anadangəlmə deyil, sonradan qazanılmışdır. Siz doğularkən heç bir inama malik deyildiniz.Bu gün isə çox şey bilirsiniz. Coş Billinqsin yazdığı kimi: “ İnsanı incidən bildiyi şeylər deyil.Bildiyi şeylərin yanlış olmasıdır.” Təsəvvür edin ki, “ İnam dükanı” vardır və siz orada ürəyiniz istəyən inamı götürə bilərsiniz.Sizin üçün ən faydalı olanı seçəcəksiniz. Napaleon Hill demişdi: “ Hər bir çətinlik və maneənin içində daha böyük mənfəət toxumu vardır.” Biznesinizin uğurlu insanlarından olmaq istəyirsinizsə uğurlu insanlar kimi geyinin.Onlar kimi rəftar edin.İş qrafikinizi onlar kimi tərtib edin.Uğurlu insanları özünüz üçün nümunə seçin.Onlardan məsləhətlər alın və əməl edin. Sizi geri çəkən məhdudiyyətlərə son qoyun.Özünüzü çətinliklərlə sınağa çəkin.Hər dəfə hansısa mənfi xüsusiyyət aşkar etdikdə özünüzə sual verin: “ Bəs bunun əksi olsaydı, necə olardı?” Başdan başlayın. Məsələn, çəki atmaq istəyirsinizsə,görəcəyiniz ilk iş tərəziyə qalxıb neçə kiloqram olduğunuzu müəyyən etmək olmalıdır.Sonra işə başlamalı və ilk çəkiniz bu işdə irəlilədiyinizi müəyyən edəcək başlanğıc nöqtəniz olmalıdır. Sıfır əsaslı düşüncədən istifadə edin. Uzunmüddətli gələcəyinizi planlaşdırdığınız zaman istifadə edəcəyiniz ən dəyərli üsullardan biridir.Kim olmağımızdan və nə işlə məşğul olmağınızdan asılı olmayaraq, həyatınızda mütləq müəyyən şeylər vardır ki, onları yenidən başlamaq imkanınız olsaydı, heç zaman başlamazdınız. Özünüzə müxtəlif işlər görməyə qadir “ resurslar dəsti” kimi baxın.Son dərəcə yaxşı görə biləcəyiniz işlər və tapşırıqlar vardır.Yaxşıdan əlaya doğru gedin.Karyeranıza yenidən başlayarkən ğzünüzə diqqətlə nəzər salın. İnkişafınızı dəyərləndirin. “Qətiyyətlə yola çıxmış insan üçün heç bir yol uzun deyil, səbirlə hazırlaşan adam üçün heç bir şöhrət uzaq deyil.” Yəqin ki, belə bir sual eşitmisiniz: “ Fili necə yemək olar?” Cavab sadədir: “ Kiçik dilimlərlə”.Bu metafora böyük məqsədə də aid edilə bilər. Uzunmüddətli məqsədlərinizi illik, aylıq, saatlıq tapşırıqlara bölün. Təhsilli adam olun. Hər axşam televizora baxmaq əvəzinə 15 dəqiqə mütaliə etsəniz, bir ilə 15 kitab oxumuş olarsınız.Hər axşam 15 dəqiqə klassik ədəbiyyat mütaliəsi ilə məşğul olsanız, yeddi il ərzində 100 ən yaxşı klassik kitabı oxumuş olarsınız.Yaşıdlarınız arasında ən savadlı və intellektual insanlardan biri olarsınız. Güclü gücsüzə qarşı. İnsanların çoxu “ öyrənilmiş çarəsizlik” sindromundan əziyyət çəkir.Bunu ən yaxşı təsvir edən “bacarmaram” kəlməsidir.İnsanlar çox zaman daha çox pul qazana bilmərəm,təhsil üçün vaxt ayıra bilmərəm, pula qənaət edə bilmərəm,şəxsi biznesimi yarada bilmərəm,əlavə gəlir yeri tapa bilmərəm, mən kariyeramı inkişaf etdirə bilmərəm düşüncəsi ilə yaşayır.Bacaracağına və bacarmayacağına inanmağından asılı olmayaraq, istənilən halda haqlısan. “Komfort zonası” tələsi. Çox insan hazırki yerlərindən məmnun olur və onların inkişaf və dəyişikliyə heç bir həvəsləri olmur.Komfort zonası arzu, məqsəd və nailiyyət üçün əsas maneədir. İstənilən problemi həll etmək olar. Qədim poemanı yadınıza salın: “ Yer üzündəki hər çətinliyin bir həlli ya var, ya da yoxdur.Əgər varsa, onu tap.Yoxdursa, onda narahat olma. “Daha böyüyünə malik olmaq üçün əvvəl özünüz daha böyük olmalısınız.”-Höte. Uğur üçün təhsil vacibdir? Bəziləri universitet təhsilini tam almadıqda həyatda əldə edə biləcəkləri nailiyyətlərin hansısa bir şəkildə məhdud olduğunu düşünürlər.Bu yanlış fikirdir.Amerikanın bir çox zəngin insanları məktəbi pis oxumuşlar.Zirvəyə kiçik addımlarla, xırda nailiyyətlərlə qalxırsınız. Mükəmməl icraçı. Əgər menecment işi ilə məşğulsunuzsa, sizin uğurlu və ya uğursuz olacağınızı müəyyən edəcək yeddi həlledici sahə var: 1) Planlaşdırma; 2)Təşkilatçılıq; 3)İşçilərlə münasibət;4)İşi bölüşdürmək; 5) Nəzarət; 6)Qiymətləndirmə; 7) Hesabat. Bir ideyaya malik olub onu həyata keçirmək üçün hərəkətə başlayan insan yüzlərlə ideyaya malik olub lakin heç bir hərəkət etməyənlərdən daha çox qazanır. Karyera inkişafı üçün həlledici amillər. Onlardan birincisi,prioritet müəyyən etmək, vacib olanı əhəmiyyətsizdən ayırmaq xüsusiyyəti, ikincisi isə işi vaxtında yerinə yetirmək bacarığı idi.Karyeranız ərzində məqsədli risk etməyi bacarın. Münasibət eksperti olun. Sizin özünüzə necə rəftar olunmasını istəyirsinizsə, insanlarla da o cür rəftar edin.Kobud olmağa ehtiyacınız varsa yadlarla kobud olun,nəzakətli rəftarınızı ailəniz üçün saxlayın. Bütün uğursuzluqların səbəbi plansız fəaliyyətdir. Uğur düsturu. Əvvəlcədən düzgün planlaşdırmanın yeddi üstünlüyü var.Birincisi , sizin düşüncənizi cəmləməyə və əsas məsələləri müəyyən etməyə vadar edir.İkincisi, görməli olduğunuz işlər haqda sizə düşünmək imkanı verir.Üçüncüsü, sizə ölümcül zərbə vura biləcək məqamları müəyyən edir.Dördüncüsü , plandakı zəiflikləri qabaqcadan aşkar etməkdir.Beşincisi, imkankalarınızı aşkar etməyə kömək edəcək.Altıncı üstünlüyü pulunuzu, vaxtınızı inkişafınıza sərf edəcək.Yeddinci, enerji və pul itkisinin qarşısının alınmasıdır. Bir işə başlamaq ondan əl çəkməkdən daha asandır. Vaxtınızı idarə etmək prosesində vacibi təcilidən ayırmalısınız.Təcili işlər görülməsi təxirə salına bilməyən işlərdir.Vacib işlər isə sizin uzunmüddətli gələcəyinizə daha çox töhfələr verə biləcək işlərdir.Vaxtı idarə etmədə ən yaxşı söz “ Xeyr” sözüdür.Layiq olmayan işlərə “xeyr” deməyi bacarın. Məqsədlərinizi daim yazın. Daim özünüzlə gəzdirəcəyiniz dəftərçə ayırın.Oraya əvvəlki siyahıya baxmadan hər gün 10-15 məqsəd yazın.Məqsədləriniz pozitiv, personal və proqressiv şəkildə yazılmalıdır. Xəyallar qurmayın, yaradın! Məqsədlərinizi daim vizualizasiya edin.Fantaziya gücünüzü işə salın.Təsəvvürünüz gələcək həyatınızın görüntüsüdür.Məqsədlərinizi dəqiq bilin. Lakin onlara nail olmaq yolları haqda elastikliyinizi saxlayın.Siz potensial dahisiniz.Qarşınıza çıxan istənilən maneəni aşmaq və istənilən məqsədə nail olmaq üçün intellektinizdən istifadə edə bilərsiniz. Hər gün nə isə edin.Uğur qazananadək əzmkarlıq edin.Əvvəlcədən qərara alın ki, heç zaman, heç zaman təslim olmayacaqsınız! Siz qeyd edilənlərə əməl etsəniz, sizin heyrətamiz həyat yaşamaq imkanınız olacaq.Artıq sizi heç nə saxlaya bilməz.