Suallarını dəyiş, həyatın dəyişsin – Marilee G. Adams
Xülasə halındakı səhifələrin sayı: 6 Kitabda vəzifəyə yeni gətirilmiş bir idarəçinin hekayəsindən bəhs olunur. Ben Knight adlı qəhrəmanımız gələcəyi bir o qədər də parlaq görsənməyən şirkətdə məsuliyyətli bir vəzifəyə təyin edilməklə bağlı təklifi qəbul edir. Qısa bir müddət ərzində özünü rəqabət meydanının tən ortasında görür. Bu mübarizənin həm özünə çətin olduğunu görür, həm də bu iş üçün yetərli olmadığını düşünür. İşi, vəzifəsi üçün yetərli olmadığı qərarını verir və istefa ərizəsini yazır. Ben istefa edərkən müdiri hadisələrin gedişatını dəyişən bir təklif irəli sürür. Müdir,araşdırmaçı,həyat məşqçisi Josephlə tanış olmağını ona təklif edir. İşdə olan yetərsizlik duyğusunun evə də siraət etməsi səbəbi ilə həm işində, həm evində problemlər yaşayaraq çarəsiz vəziyyətdə qalan Ben bu təklifi qəbul edir. Bu kitabda Benin işdə və evdə baş verən dəyişimlərinə şahidlik edəcəyik.
Bu kitabı oxumaq üçün kitabxanaya abunə olmalısınız