ss1.png

TED kimi danış – Carmino Gallo

Xülasə halındakı səhifələrin sayı: 15 Möhtəşəm bir fikriniz varsa, onu dünya ilə necə paylaşarsınız? Hər gün informasiya yağışına məruz qalırıq, beləliklə, hər hansı fikrin həqiqətən digərlərindən fərqlənə bilməsi üçün o fikrin sahibi olan şəxs tərəfindən yaxşıca gözə soxulmalıdır. Başqa bir deyimlə desək, siz bu fikri satmaq məcburiyyətindəsiniz. “Ted kimi danış”da yazıçı Carmino Gallo dünyanın ən uğurlu natiqlərinin bəzilərinin təqdimat sirlərini ortaya çıxarıb. Ted’də (Texnologiya, Əyləncə, Dizayn) təqdim olunan 500-dən artıq ən məşhur nitqi analiz etdikdən sonra Gallo onları digərlərindən fərqləndirən üç ortaq cəhəti müəyyənləşdirdi. Nitqlərin hər birində seçilmiş mövzular özünəməxsus idi. Nitq söyləyənlər dinləyiciləri ilə emosional bağlılıq yaratmağı bacarmışdı və onlar olduqca yaddaqalan idi. Bu kitabda siz dinləyicilərlə emosional bağı necə quracağınızı, təqdimatlarınızı daha axıcı və yadda qalan etməyin yollarını və nitqinizə ara-sıra hekayələri necə əlavə edə biləcəyinizi öyrənəcəksiniz. Burada şövqlə danışmağın dinləyiciyə niyə daha çox təsir etməsindən, nitqinizin beş duyğu üzvümüzdən hansına əsas təsir göstərdiyindən xəbər tutacaqsınız. Və nəhayət, danışdığınız mövzunu dinləyicilərin zehninə həkk etmək üçün onun strukturunda nələrə diqqət etməli olduğunuzdan xəbər tutacaqsınız. Növbəti səhifələrdə sizi nələr gözləyir? Ağcaqanad sürüsünü özbaşına buraxmağın bir TED söhbətinin məhşurlaşmasına yardım etməsi; Amerikan yuxusu ilə Danimarkada nəyin bənzədiyini; Yeni məlumatların özlərini xatırlatmaq üçün beynimizə necə siqnallar verməsindən danışılacaq.

  • Paylaşın

Bu kitabı oxumaq üçün kitabxanaya abunə olmalısınız

Oxşar Kitablar

1.png

Ermiş – Xəlil Cibran

1.png

Rəqəmsal minimalizm – Cal Newport

1.png

7 addımda effektiv ünsiyyət – Prem P. Bhala

1.png

Ünsiyyət yolları – Doğan Cüceoğlu.

1.png

Ünsiyyətsizlik bacarığı – Kadir Özer

1.png

Sözlərlə İnsanlara Təsir Etmə Sənəti - Kevin Hogan