6 Kurslar 6göstərilir
Sərvər Rüstəmov
- düzgün olmayan ixtisas seçimi - itirəcəkləriniz - düzgün ixtisas seçimi faydaları - ixtisas seçimi necə edilməli - Nəticə
Maral Əliyeva
Bu kurs vasitəsiylə hər biriniz daxilinizə səyahət edərək,bu günə kimi həyatınızı hansı inanc proqramı üzərində yaratdığınızı görəcəksiniz.Beləliklə özgüvənsizliyinizin,kariyeranızdakı uğursuzluqların,hədəflərinizə doğru gedən yolda yaranan əngəllərin hansı travmalarınızdan,düşüncə tərzinizdən qaynaqlandığını rahatlıqla aşkar edib onlardan azad ola biləcəksiniz.Çünki fərqində olduğumuz hər bir inanc öz gücün itirərək,zamanla yox olmağa başlayır.
Şəfiqə Xalıqova
Daha yaxşı işlərdə çalışmaq, daha çox qazanc əldə etmək hər birimizin istəyidir. Yeni bir işdə çalışmağa başlamaq üçün keçməli olduğumuz bir neçə mərhələ vardır. İlk mərhələ həmin iş yerinə müraciət etməkdir. Bir çox namizədlər elə ilk mərhələni keçə bilmir. Səbəb isə CV və ya rezümelərini kifayət qədər yaxşı yazmamalarıdır. Bu kursda siz düzgün CV necə yazılır, insan resursları mütəxəssisləri CV və rezümedə əsas nələrə diqqət edir, CV və rezüme hazırlayarkən nələrə diqqət etmək lazımdır, ən çox yol verilən səhvlər nələrdir və s. bilikləri əldə edərək öz hazırladığınız CV və rezümelərlə insan resursları mütəxəssislərinin diqqətini asanlıqla çəkə biləcəksiniz. Elə isə kursu indi alın və öz CV-nizi hazırlayın.
Orxan Mahmudov
Hər birimizin gələcəklə bağlı planları, qayğıları, məqsədləri var. Karyera həyatımızın uğurlu olması bizim bu gün atdığımız addımlardan da asılıdır. Öz daxili mentorumuzu müəyyən edib karyera inkişafımıza müsbət təsir edəcək metodları “Karyerada individual inkişaf” kursumuzda öyrənəcəksiniz. Müxtəlif metodlar və texnikalarla karyera inkişafınıza mane olan bütün amilləri aradan qaldıracaq və uğurlu karyeraya sahib olacaqsınız. Müasir dövr üçün lazım olan 10 əsas bacarığa yiyələnərək karyerada individual inkişafınızı təmin edə biləcəksiniz. Kursu indi alıın və uğurlu karyeraya gedən yolda ilk addımı atın.
Orxan Mahmudov
Müasir dövrdə öz sahənizin peşəkarı kimi tanınmaq, karyera inkişafınızı sürətləndirmək və əlaqələrinizi genişləndirmək üçün ən yaxşı alətlərdən biri şəxsi brendinqdir. Şəxsi brendinqiniz üzərində çalışaraq karyera və biznes hədəflərinizə daha tez nail ola bilərsiniz. Bu kursda siz şəxsi brendinqinizi necə yaradacağınızı və planlayacağınızı öyrənəcəksiniz. Kursu indi alın və öz şəxsi brendiqinizi formalaşdıraraq daha böyük uğurlara imza atın.
Orxan Mahmudov
Gələcəkdəki uğurlu karyeramız bizim bu gün öz inkişafımız üçün nələr etdiyimizdən asılıdır. İş dünyası sadəcə bilik və bacarıqlardan ibarət deyil, uğurlu karyera üçün psixoloji hazırlıq da lazımdır. “Peşəkar karyera həyatına hazırlıq” kursunda yeni iş yerinə adaptasiya, peşəkar əməkdaş profilinin yaradılması, iş həyatında tez-tez baş verən problemlərin həll yolları, uğurlu karyera üçün taktikaları öyrənib tətbiq edərək əmək bazarında öz dəyərinizi yüksəldə bilərsiniz. Kursu indi alın və uğurlu karyera həyatına hazırlaşmağa başlayın.