1 Kurslar 1göstərilir
Şahin Məmmədzadə
İşə qəbul prosesində MS Excel kimi rəqəmsal bacarıqlar ən çox tələb olunan və ən lazımlı bacarıqlar siyahısına daxildir. Rəqəmsal bacarıqlar tələb edən peşələrdə isə digərlərinə nisbətən 13% daha çox qazanc vardır. Bəs siz MS Excel proqramı biliklərinizi artıraraq daha yaxşı işlərdə çalışmaq və iş effektivliyinizi artırmaq istəyirsiniz? Bu kurs vasitəsilə siz MS Excel proqramında təməl və orta səviyyəli biliklərə yiyələnəcəksiniz. Kurs yeni başlayanlar və MS Excel biliklərini yeniləmək və artırmaq istəyənlər üçün idealdır. Video dərslərdə siz MS Excel proqramında yeni fayl yaratmaqdan başlamış SUM, İF, AVERAGE, VLOOKUP və s. kimi ən lazımlı təməl funksiyaları, MS Excel sənədində asanlıqla işləməyi, Pivot cədvəllər və qrafiklərlə işləməyi, məlumatlarla işləməyi öyrənəcəksiniz. Əgər siz də MS Excel biliklərinizi növbəti mərhələyə yüksəltmək istəyirsinizsə, elə indi kursu alın.